![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, görüşdə Arakçi ölkəsinin danışıqlar masasında ikinci dəfə hərbi hücuma məruz qaldığını qeyd edərək bunları bildirdi:
“Amerika Birləşmiş Ştatları və İsrail rejimi bütün beynəlxalq prinsipləri və qaydaları pozaraq ölkəmizə hücum etdilər. Onlar liderimizi, bir neçə yüksək vəzifəli məmuru və çoxsaylı günahsız insanları, o cümlədən ibtidai məktəbdən 170-dən çox şagirdi qorxaqcasına şəhid etdilər.”
Arakçi britaniyalı həmkarına İranın ABŞ-İsrail hücumlarına qarşı müdafiə tədbirləri barədə məlumat verərək, “Böyük Britaniya və bəzi Avropa ölkələrinin bu açıq-aşkar təcavüzə mənfi və qərəzli yanaşmasını” tənqid etdi və bunun “beynəlxalq hüququ pozduğunu” vurğuladı.
Subyekt.az