![]()
İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb. Bunu Hörmüzqan vilayətinin Limanlar və Dəniz Təşkilatının rəis müavini İsmayıl Makizadə məlumat verib. O vurğulayıb ki, partlayış ərazisində yardıma ehtiyac olduğu üçün bütün qüvvələr oraya səfərbər olunub. Qeyd edək ki, bu gün Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Subyekt.az