![]()
ABŞ-nin zərbələri nəticəsində İranda iki gün ərzində 14 nəfər həlak olub, 78 nəfər yaralanıb. Bu barədə “Al Jazeera” telekanalı İranın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, İranın beş əyalətinə zərbələr endirilib.İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur vurğulayıb ki, ABŞ-nin hücumları nəticəsində yaralanan 78 nəfərdən təxminən 47-si hələ də xəstəxanalardadır.
Subyekt.az