![]()
” “Hürriyet” xəbər verir ki, donanma iki gün davam edəcək təlim üçün hazırlıqlara start verib. Bu addım həm İsrail və ABŞ-yə xəbərdarlıq xarakteri daşıyır, həm də İranın mümkün müharibəyə hazır olduğuna dair mesaj verir.
İranın müdafiə naziri Əziz Nasirzadə, İsrailin 12 gün davam edən hücumlarının ardından yeni silah texnologiyalarını təqdim edib. O, “Müdafiə Sənayesi Günü” münasibətilə çıxış edən nazir bildirib:
“12 günlük müharibədə istifadə olunan raketlər bir neçə il əvvəl istehsal olunmuş silahlar idi. İndi isə əvvəlkilərlə müqayisədə daha üstün xüsusiyyətlərə malik raketlər istehsal etmişik. Əgər İsrail yenidən hücuma başlasa, bu raketlərdən istifadə olunacaq.”
Nazirin açıqlamasından sonra Tehran rəhbərliyi Oman dənizində iki günlük raket təliminə başlanacağını bəyan edib. Təlimdə raket sınaqları, pilotsuz uçuş aparatları (PUA) və radio-elektron mübarizə əməliyyatları nəzərdə tutulur.
“Newsweek”in məlumatına görə, İranın keçirdiyi bu təlim “kritik dövrdə verilən sərt mesaj” kimi qiymətləndirilir. İsrail və İran arasında birbaşa toqquşmalar dayansa da, tərəflər arasındakı gərginlik davam edir. Bu təlim, bölgədə sabitliyin həssas olduğu bir vaxtda baş tutaraq həm İsrail və ABŞ-a xəbərdarlıq, həm də İranın hərbi gücünü nümayiş etdirmək niyyətinin göstəricisidir.
Donanma rəsmən təlimə başladı
İran donanması “1401 Daimi İqtidar Raket Təlimi” çərçivəsində qısa, orta və uzun mənzilli qanadlı raketlərdən istifadə etməklə şərti dəniz hədəflərinə zərbələr endirəcək.
Təlimin sözçüsü kontr-admiral Abbas Həsəni bildirib ki, müxtəlif məsafələrdəki suüstü hədəfləri dəqiq vura bilən geniş çeşidli qanadlı raketlər sınaqdan keçiriləcək:
“Bu təlim döyüş hazırlığını artırmaq, komanda-idarəetmə sistemlərini təkmilləşdirmək və caydırıcılığı gücləndirmək üçün nəzərdə tutulub”, – deyə Həsəni vurğulayıb.
Subyekt.az