![]()
Martın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitə sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 7 məsələ daxildir.
Komitə sədri məlumat verib ki, gündəliyin ilk məsələsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsidir.
Bildirilib ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyən edilmişdir. Təklif olunan qanun layihəsinə əsasən büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması və bunun təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur. Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir. Belə ki, “e-mühasibat” informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçün maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır.

.

.

Subyekt.az