![]()
Subyekt.az report-a istinadla xəbər verir ki bu barədə aktyorun qızı məlumat verib.Onun sözlərinə görə, atasının müalicəsi hazırda reanimasiya şəraitində davam etdirilir, vəziyyəti ağır-stabildir.Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.
Subyekt.az