![]()
İndoneziyanın Sumatra adasında 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, təbii fəlakətin episentri Şimali Sumatra əyalətində yerləşən Padanqsidempuan şəhərindən 221 km cənub-qərbdə qeydə alınıb. Məlumata görə, yeraltı təkanların ocağı 37 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Subyekt.az