![]()
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasındakı Palembang şəhərindən 300 km cənub-qərbdə olub. Seysmik hadisənin mənbəyi 55 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.