Ötən gecə İmişlidə ağır yol qəzası baş verib. Subyekt.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, saat 23 radələrində İmişli şəhəri ərazisində “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə, 2 nəfər vəfat edib, daha 5 nəfər isə xəstəxanaya aparılıb. Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.