
Hadisə rayonun Oruclu kəndində qeydə alınıb. Belə ki, kənd sakini, Rasim Şükürov dünən evdən çıxıb, sonra ondan bir xəbər olmayıb.
Daha sonra onun ailəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Bu gün R. Şükürovun kənd ərazisində olan transformatorun ətrafında cəsədi tapılıb. Onun cərəyan vurmasından ölməsi ehtimal olunur.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Subyekt.az