
Ədalət Partiyasının sədri İlyas İsmayılov dünyasını dəyişib.Bu barədə Subyekt.az News24.az-a istinadla xəbər verir ki, İlyas İsmayılovun yaxınları məlumat verib.İ.İsmayılov uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.
Partiya sədri müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.
Subyekt.az