
Prezident İlham Əliyevin yeni Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunun elektron qaydada aparılması prosesində digər müvafiq qurumlarla yanaşı, Məhkəmə-Hüquq Şurasının informasiya sistemlərindən və ehtiyatlarından da istifadə edəcək.