![]()
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Subyekt.az “Report”-a istinadla xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Subyekt.az