![]()
Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır.
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.
“Avropa Siyasi Birliyi sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim”, – o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır:
“Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir”.
Subyekt.az