Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib. Subyekt.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb. Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Sabir Hacıyevin 70 yaşı tamam olur.
Subyekt.az