![]()
Cəlilabad rayonunun Astanlı kənd sakini, İkinci Dünya müharibəsinin bu rayondakı sonuncu iştirakçısı Əbiş Zamanov 103 yaşında dünyasını dəyişib.
Subyekt.az AZƏRTAC-a istinadən bölgə müxbiri xəbər verir ki, 1923-cü ildə anadan olan Əbiş Zamanov 1942-ci ildə müharibəyə yollanıb. O, ömrünün son günlərinədək doğulduğu kənddə yaşayıb və elə orada da vəfat edib.
Mərhum Astanlı kəndində dəfn olunacaq.
Subyekt.az