![]()
Pasxa bayramı ilə bağlı təbrik
Hörmətli xristian həmvətənlərimiz,
Sizi – Azərbaycanda yaşayan bütün pravoslav, katolik və digər xristian icmalarının üzvlərini Pasxa bayramı ilə bağlı səmimi-qəlbdən təbrik edir, hər birinizə əmin-amanlıq, ruhi aramlıq və ailə xoşbəxtliyi arzulayıram.
Pasxa – sülhü, yenilənməni, mərhəmət və ümidləri təcəssüm etdirən, insanın mənəvi dirçəlişinə işarə verən dərin anlamlı bayramdır. Azərbaycanda yüzillər boyu birgəyaşayış və qarşılıqlı sayğı mühiti formalaşıb. Ülvi gələnəklərimiz bu gün də qorunur və dövlətimiz bütün dini icmalara, o cümlədən xristian icmalarına öz diqqət və qayğısını əsirgəmir.
Xristian vətəndaşlarımızın milli birlik və qarşılıqlı sayğının gücləndirilməsi, ölkəmizin ictimai-mədəni həyatında fəal iştirakı Azərbaycan multikulturalizminin və tolerantlıq modelinin önəmli tərkib hissəsidir. Bu anlamda, Pasxa bayramı həm də ölkəmizdəki dinlərarası harmoniyanın bir örnəyi kimi xarakterizə oluna bilər.
Bir daha bu bayramla bağlı Sizə və ailələrinizə rifah, ölkəmizə isə daimi sülh və sabitlik diləyirəm.
Bayramınız mübarək olsun!
Hörmətlə,
Fazil Mustafa,
Azərbaycan Respublikası
Milli Məclisinin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Subyekt.az