
Elnur Rzayev təqaüd yaşı çatan icra nümayəndəsini Fəxri Fərmanla təltif edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının Seyidlikəndyeri İnzibati ərazi Dairəsi üzrə nümayəndəsi Teyyub Balabəy oğlu Balabəyov 65 yaşının tamam olması və dövlət qulluğunda olmanın sonuncu yaş həddinə çatması ilə əlaqədər təqaüdə göndərilib.
Bu münasibəti ilə Teyyub Balabəyov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yubilyarı təbrik edib, onu Fəxri Fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.
Teyyub Balabəyov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Subyekt.az