![]()
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümüdür.
Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. İlk təhsilini Naxçıvanda alıb, daha sonra Təbrizdə təhsilini davam etdirib. Ömrünün müxtəlif dövrlərində Naxçıvan, Gəncə, Tiflis və Bakıda müəllim kimi fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının əsas nümayəndələrindən biri kimi tanınıb.
Ədibin “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş” və “Xəyyam” kimi əsərləri Azərbaycan dramaturgiyasının dəyərli nümunələrindəndir. Onun yaradıcılığında insanlıq, ədalət, azadlıq və mənəvi dəyərlər mühüm yer tutur.
1937-ci ildə repressiyaya məruz qalaraq həbs edilən Hüseyn Cavid 1941-ci il dekabrın 5-də sürgündə vəfat edib. 1982-ci ildə nəşi vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
Subyekt.az