“Piyada keçidlərindən istifadənin təbliği, piyada zolaqlarının salınması və yenilənməsi” layihəsi icra edilmişdir.
Layihənin məqsədi piyada zolaqların salınması və yenilənməsi sisteminin təkmilləşdirilməsi və ictimai iştirakçılığın təmin olunması və piyada zolaqların salınması və yenilənməsi ilə əlaqədar qanunvericliyin təkmilləşdirilməsi,
monitorinq mexnizmlərinin yaradılmasıdır.
Layihənin sonunda piyada keçidlərindən istifadənin təbliği, piyada zolaqlarının salınması və yenilənməsi ilə bağlı onlayn ictimai dinləmə keçirilib. İctimai dinləmədə 25 nəfər QHT, dövlət qurumlarının və vətəndaş cəmiyyətininin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov layihə barədə iştirakçılara geniş məlumat verərək mövcud durum, bu sahədə Beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış edib.
Qeyd edib ki, layihənin əsas məqsədi piyada zolaqların salınması və yenilənməsi sisteminin təkmilləşdirilməsi və ictimai iştirakçılığın təmin olunmasıdır. Son illərdə yol nəqliyyat qəza hadisələrinin sayı getdikcə artır. Yol infrastrukturu inkişaf edir, xərclənən vəsait artır, yollar yenilənir və daha rahat olur, bütün bunlara baxmayaraq, qəzalar artmaqdadır. Təktərəfli, yolların yaxşılasdırılması ilə məsələnin həlli mümkün deyil. Sonra QHT nümayəndələri bildiriblər ki, bunların qarşısını almaq üçün piyada keçidlərinin salınması ilə əlaqədar qaydalar təkmilləşdirilməsi, müasir standartlar və ehtiyacar nəzərə alınaraq yenilənməsi zərurəti yaranıb.
Subyekt.az