![]()
Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirib ki, o, cənab Prezidentimizin və Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsi təklifini alqışlayır və yüksək qiymətləndirir.

Subyekt.az xəbər verir ki, bu barədə İMZA içtimai birliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Diplomat hesab edir ki, Nobel Sülh Mükafatı ABŞ Prezidenti Donald Trampa veriləcəksə, o halda Vaşinqtondakı Sülh Sammitində iştirak edən, sülhməramlı mövqeyini bəyanlayan və imzaları ilə təsdiqləyən hər üç liderə verilməlidir.

“Kim təklif edirsə, hər üç liderin Nobel mükafatçısı olaraq seçilməsi daha ədalətli olardı. Fikrimcə, bu mükafatı haqq edən həm də cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyandır. Hər iki lider cəsarətlə iki ölkə və region arasında 40 ilə yaxındır davam edən münaqişə və gərginliyə son qoymaq qərarını verdi. Xüsusilə də cənab Prezident Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Ukraynaya humanitar yardımın göstərilməsi, Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan yeni hökumətə dəstək verilməsi istiqamətində mühüm addımlar atıb.

Eyni zamanda Azərbaycan bu yaxınlarda Kilis üzərindən Suriyaya qaz tədarük edərək ölkənin kritik ehtiyaclarını qarşıladı. Cənab Prezident həmçinin ehtiyacı olan bir çox Afrika ölkəsinə yardımlar edib, pandemiya zamanı həmin ölkələrə peyvənd yardımı göstərib. Bundan əlavə, Yeni Kaledoniyada bəzi ada icmalarının səsini dünyaya duyuraraq onların hüquqlarına nail olmaq üçün yeni üfüqlər açıb”.

Hulusi Kılıç əlavə edib ki, N.Paşinyan ölkəsindəki müxalifətin, diasporanın və kilsənin mövqeyinə baxmayaraq, sülh qərarını verib: “Məncə, Trampla birgə, Ali Baş Komandan İlham Əliyev də, Nikol Paşinyan da Nobel Sülh Mükafatına layiqdirlər”.
Subyekt.az