![]()
Bakı Ağır Cinayətlər Məhkəməsində kiberdələduzluqda ittiham olunan 1995-ci il təvəllüdlü Ayaz İsgəndərov 8 il 6 ay həbs cəzasına məhkum edilib.
Subyekt.az Lent.az-a istinadla xəbər verir ki , İstintaqa görə, o, xaricdə yaşayan şəxslə əlbir olaraq saxta “ABB-dən payız sürprizi” elanları yerləşdirib, vətəndaşların bank kartı məlumatlarını və OTP şifrələrini ələ keçirərək hesablarından külli miqdarda vəsait oğurlayıb.
Zərərçəkənlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev də var – onun hesabından 80 min manatdan çox pul çıxarılıb.
Qeyd edək ki, Ayaz İsgəndərov Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib.
Subyekt.az