Hazırda ölkə ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində ətraf mühitin çirkləndirilməsi hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi və bu sahədə əhalinin maarifləndirilməsi işi davam edir.
Bu məqsədlə, DİN-in Baş DYP İdarəsinin Müayinə Mərkəzində təşkil olunan növbəti tədbirdə mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri aşkar edilərək onların sahibləri ilə izahedici söhbətlər aparılıb, avtomobilin texniki cəhətdən saz vəziyyətdə istismar etməsinin vacibliyi haqda onlara ətraflı məlumat verilib.
Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırırıq.
Subyekt.az