![]()
Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi İtkinlər Komitəsi Kolumbiyaya səfəri zamanı paytaxt Boqotadakı hava limanının anbarında təxminən 20 min naməlum cəsədin saxlanıldığı iddia edib.
Subyekt.az Söz.az -a istinadla xəbər verir ki, Karmen Roza Villa verdiyi açıqlamada cəsədlərin mühafizə altında saxlandığını, şəxsiyyətlərin müəyyən etmək mümkün olmadığı üçün hələ də dəfn edilmədiyini bildirib.
O, BMT-nin hava limanındakı naməlum cəsədlərdən narahat olduğunu ifadə edərək, “Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssislər yoxdur. Tapılan qalıqları və ya cəsədləri qoruyub saxlayacaq yer də yoxdur”, – deyib.
Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu iddiaları rədd edərək, sözügedən məsələdən xəbərsiz olduqlarını açıqlayıb.
Subyekt.az