
WASHINGTON, DC - APRIL 07: U.S. President Donald Trump speaks during a meeting with Israeli Prime Minister Benjamin Netanyahu in the Oval Office of the White House on April 7, 2025 in Washington, DC. President Trump is meeting with Netanyahu to discuss ongoing efforts to release Israeli hostages from Gaza and newly imposed U.S. tariffs. (Photo by Kevin Dietsch/Getty Images)
Subyekt.az “Qafqazinfo” -ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb. O qeyd edib ki, Harvard federal maliyyələşdirilməyə layiq deyil:
“Harvard radikal solçuları və tələbələrə, eləcə də gələcək liderlərə uğursuz olmağı öyrədənləri işə götürür. Bu səbəbdən Harvard Universiteti artıq təhsil almaq üçün layiqli yer sayıla bilməz və dünyanın ən böyük universitet, həmçinin kolleclərinin heç bir siyahısına daxil edilməməlidir. Harvard gülüş obyektidir, nifrət və axmaqlığı öyrədir və o, artıq federal maliyyə vəsaiti almamalıdır”.
Xatırladaq ki, Tramp Harvard Universitetindəki vəsaitləri dondurmaq qərarı alıb. Amerika lideri məşhur universitetə sanksiya tətbiq etməsinin səbəbi kimi təhsil ocağının “antisemitist addımlar atdığı”nı əsas gətirib.
Subyekt.az