![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, ABŞ və İran arasında davam edən danışıqlara toxunan Fidan bildirib ki, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin fasiləsiz və sərbəst şəkildə təmin olunması böyük əhəmiyyət daşıyır. O, həmçinin İsrailin danışıqlar prosesini sabotaj etməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.
Ankarada keçiriləcək NATO Zirvə Toplantısına da toxunan nazir, tədbirin tarixi əhəmiyyət daşıdığını bildirərək, “Bu, həqiqətən də tarixi bir zirvə olacaq”, – deyə qeyd edib.
Fidan ABŞ və İran arasında atəşkəsin təmin olunmasına dair əldə olunan razılaşmanı məmnunluqla qarşıladıqlarını bildirib. Onun sözlərinə görə, atəşkəs rejiminin Livanı da əhatə etməsi müsbət inkişaf kimi qiymətləndirilir.
Nazir çıxışı zamanı Venesuelada baş verən zəlzələlərdə həyatını itirənlərin ailələrinə başsağlığı verib. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyənin aidiyyəti qurumları lazımi hazırlıqları tamamlayaraq yardım göstərmək üçün Venesuelaya yola düşüb.
Hakan Fidan həmçinin xatırladıb ki, kanadalı həmkarı Anita Anand mart ayında Türkiyəyə səfər edib və həmin görüş iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından məhsuldar keçib.
Subyekt.az