Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Hərbçi olmaq istəyənlərin nəzərinə!
  • Xəbərlər

Hərbçi olmaq istəyənlərin nəzərinə!

06 Aprel 2024
WhatsApp Image 2024-04-06 at 13.10.41
3

Loading

Heydər Əliyev adına Hərbi İnstituta 2024/25-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib.

Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti beş ildir.

Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

İnstituta qəbul olmaq istəyən namizədlər aprelin 30-dək ərizə ilə aşağıdakı ünvanlara müraciət edə bilərlər:

– Bakı şəhərində – Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində;

– Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Quba, Qəbələ, Qazax, Bərdə, Beyləqan, Cəlilabad, Lənkəran rayonlarının təhsil sektorlarında yaradılmış sənəd qəbulu mərkəzlərində;

– Naxçıvan Muxtar Respublikasında – Heydər Əliyev adına Hərbi Liseydə yaradılmış sənəd qəbulu mərkəzində aparılır.

Ərizəyə abituriyentin təsdiq olunmuş elektron ərizəsinin surəti, anket forması (yerində doldurulur), oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə, tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış), doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış, nikah və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (evli və uşaq olduqda), ailə tərkibi və yaşayış yeri haqqında arayış, rəngli fotoşəkil (baş geyimsiz, anfas), 6 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4,5×6 sm ölçüdə, 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının razılıq ərizələri, elektrokardioqramma, qanın və sidiyin ümumi analizi, qan qrupu və rezus-faktor, qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara və Hepatit C və Hepatit B-yə dair müayinələrinin nəticələri, psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar tələb olunur.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

Hərbi İnstituta qəbul aşağıdakı qaydada həyata keçirilir:

– Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası tərəfindən institutda təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına Hərbi İnstituta qəbula mane olan digər hallar müəyyən edilən şəxslər Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün namizədlər siyahısına daxil edilmirlər.

– Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir və onlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər.

Qəbul imtahanları I, II və III ixtisas qruplarının fənləri üzrə keçirilir və imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunub.

İmtiyazlar:

– 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;

– 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;

– 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;

– 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;

– təhsil müddətində kursantların bütün təminat növləri ilə təmin olunması;

– məzunlara hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi;

Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə sənəd qəbulu mərkəzlərində bildiriləcək.

Subyekt.az

Continue Reading

Previous: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Next: Müdafiə Nazirliyinin məlumatı

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib
  • 107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı
  • Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi
  • 47 yaşlı Babək Səmədov saxlanılıb
  • 25 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Mədəniyyət
  • Ölkə

Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib

25 İyun 2026
730695916_1541382440824389_6950220559591680757_n
  • Kriminal
  • Ölkə

107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı

25 İyun 2026
venesuela
  • Ölkə
  • Xəbərlər

Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi

25 İyun 2026
730498020_874476355710428_7241266504850006031_n
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

47 yaşlı Babək Səmədov saxlanılıb

25 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.