Bu ilin oktyabr ayında Gürcüstandan 60 əcnəbi deportasiya edilib.
Subyekt.az Redaktor.az -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin məlumatında bildirilib.
Deportasiya edilənlər Türkiyə, Azərbaycan, İran, Rusiya, Hindistan, Türkmənistan, Banqladeş, Livan, İraq, Nigeriya, İordaniya, Əlcəzair, Misir və Qana vətəndaşları olublar.
Onların bəziləri Gürcüstanı könüllü tərk edib, digərləri isə ölkədən zorla çıxarılıb.
Subyekt.az