Gürcüstanda nazirliklərin sayı 12-dən 13-ə yüksəlib. Bu barədə “Novosti-Georgia” məlumat yayıb. Bildirilib ki, əvvəllər Mədəniyyət Nazirliyinin tərkibində olan İdman Nazirliyi müstəqil olub. Məlumata görə, bu nazirliyə Şalva Qoqoladze rəhbərlik edəcək.