Xəbər verdiyimiz kimi, Tbilisidə Gürcüstanın hakim partiyasının respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına etiraz olaraq aksiya keçirilib. Gürcüstan mətbuatı xəbər verir ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri ölkə parlamentinin binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb. Polis davamlı olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. Aksiya zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında bir neçə toqquşma olub. Gözyaşardıcı qazdan zərərçəkən bəzi etirazçılar oradakı növbətçi təcili yardım qruplarından kömək istəyib.
Subyekt.az