Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti təşkilatları parlament seçkilərinə 6 gün qalmış“Gürcüstan Avropa İttifaqını seçir” adlı mitinq keçirir. Bu barədə “Sputnik Gürcüstan” xəbər verir. Onlar yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları Gürcüstanın və Aİ-nin himnini səsləndiriblər. Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətin mitinqində iştirak edir. Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.
Subyekt.az