![]()
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Qərbi Azərbaycan İcmasında tanınmış ziyalı, həkim, yazıçı-publisist, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva tərəfindən ərsəyə gətirilmiş “Heydər Əliyev irsi”, “Xarüqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarının təqdimat mərasimində iştirak edib.
Subyekt.az xəbər verir ki, Tədbir Qərbi azərbaycanlı gənc rəssamlar Arzu Novruzova və Sevinc Əhmədova, eləcə də Azərbaycan Memarlar və Rəssamlar İttifaqlarının, UNESCO Beynəlxalq Rəssamlar Birliyinin üzvü, Prezident təqaüdçüsü İsmayıl Hacıyevin əsərlərindən ibarət sərgi ilə başlayıb. Sərgidə nümayiş etdirilən sənət nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Çıxış edənlər qeyd ediblər ki, təqdim olunan nəşrlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, Azərbaycanın Zəfər yolunun və milli yaddaşının gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, müəllifin qələmə aldığı əsərlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə mühüm töhfə verəcək.
Deputat Günay Ağamalı çıxışında Zərifə Quliyevanın yaradıcılığını yüksək qiymətləndirərək bildirib ki, müəllifin ərsəyə gətirdiyi əsərlər milli düşüncənin, dövlətçilik ənənələrinin və tarixi yaddaşın yaşadılması baxımından xüsusi dəyərə malikdir.
Sonda Günay Ağamalı Zərifə Quliyevaya gələcək fəaliyyətində uğurlar arzulayıb, ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq nailiyyətləri diləyib.























#MilliMəclis #GünayAğamalı
Subyekt.az