![]()
Günay Ağamalı bildirib ki, Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.
Onun sözlərinə görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlər, ölkənin mürəkkəb və taleyüklü mərhələlərində həyata keçirdiyi xilaskarlıq missiyası, eləcə də müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən siyasi irsi geniş şəkildə təqdim olunub.
Qeyd edilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir, dövlətçilik ənənələri daha da möhkəmlənir, milli həmrəylik güclənir. Ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması isə Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm nəticələrindən biri kimi dəyərləndirilib.
Tədbirdə Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyət, həmçinin Heydər Əliyev Fondunun reallaşdırdığı çoxşaxəli layihələr də xüsusi vurğulanıb.
Bədii hissədə isə Ulu Öndərin yüksək dəyər verdiyi musiqi və poeziya nümunələri təqdim olunub.









Subyekt.az