![]()
Rusiyanın Kamçatka bölgəsində 5,6 bal gücündə zəlzələ qeydə alınıb
Subyekt.az bildiri ki , Ajans.az Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar Kamçatkanın şərq sahili yaxınlığında qeydə alınıb.
Zəlzələ 15 dekabr, bazar ertəsi günü yerli vaxtla saat 20:11-də baş verib. Yeraltı təkanların maqnitudası 5,6 bal təşkil edib ki, bu da seysmoloqlar tərəfindən hiss edilə bilən zəlzələ kimi qiymətləndirilir.
Episentr 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 163 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində ölən və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Subyekt.az