![]()
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Seysmik təkanların regionun inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərinin sakinləri tərəfindən hiss olunduğu bildirilir.
Subyekt.az Ajans.az -a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, zəlzələnin maqnitudası 5,5 bal təşkil edib, Petropavlovsk-Kamçatskidə isə intensivlik ilkin qiymətləndirməyə əsasən 3 bal səviyyəsində olub.
Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 94 kilometr aralıda, 29,8 kilometr dərinlikdə yerləşib.
Subyekt.az