![]()
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz yolla gömrük sərhədindən keçirilməyə cəhd göstərilən saatlar və planşetlər aşkar edilib.
Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı 2 şəxsə məxsus 3 çamadandan gömrük orqanına bəyan edilməyən ümumilikdə 54 ədəd “Apple” markalı saat, 15 ədəd “iPad” markalı planşetlər aşkar edilib.
Hər iki şəxs çamadanları Bakıda təhvil vermək üçün xarici ölkənin hava limanında götürdüklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.

Subyekt.az