![]()
İyunun 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 155 kq, 140000 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin 13 min 367 çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Dövlət Komissiyasının İşçi Qrupunun, Ali Məhkəmənin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Proses çərçivəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin icraatında olmuş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 18 cinayət işi üzrə, ümumilikdə 216 kiloqram 379, 877 qram və 1156 həb narkotik vasitə, 2472 həb və 1 kiloqram 249,572 qram psixotrop maddə, 836 həb güclü təsir edən maddə, 287 qutu və 684 həb müxtəlif dərman vasitələri yandırılaraq məhv edilib.

.

Subyekt.az