![]()
Azərbaycan Respublikası daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də Quba rayonunda vətəndaş qəbulu keçirib. İki gün davam edən qəbul zamanı bölgə sakinlərinin müraciətləri diqqətlə dinlənilib və ümumilikdə 275 vətəndaşın müraciətinə baxılıb. Qəbul prosesində vətəndaşları narahat edən məsələlər yerində araşdırılıb, bir çox problemlər operativ şəkildə öz həllini tapıb.
Yanvarın 6-da Daxili İşlər Naziri Quba rayonu İdman Kompleksində şəxsi heyətin iştirakı ilə sıra baxışı keçirib. Tədbir zamanı əməkdaşların xidməti hazırlıq səviyyəsi, nizam-intizamı və maddi-texniki təminatı yoxlanılıb. Nazir ictimai asayişin etibarlı qorunması, xidmətin səmərəliliyinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Mən də bu qəbulda iştirak edərək müraciətimi cənab nazirə həm yazılı, həm də şifahi formada təqdim etdim. Müraciətim dərhal araşdırıldı və qısa müddətdə müsbət həll olundu. Göstərilən diqqət və obyektiv yanaşmaya görə ölkə rəhbərliyinə, eləcə də qanunların icrasında prinsipial mövqeyi və ədalətli fəaliyyəti ilə seçilən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm. Bu cür vətəndaş qəbulları dövlət–vətəndaş münasibətlərinin möhkəmlənməsinə və insanların problemlərinin birbaşa, şəffaf şəkildə həllinə xidmət edir.

.

.

.

.
.
.

.

.

.

https://www.facebook.com/reel/737261492329331
Firəngiz Sabirqızı
Subyekt.az