![]()
Gəncədə beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunan hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Subyekt.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Gəncədə zəhərlənən ailə üzvləri evə buraxılıblar.
Bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilib ki, 22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.”Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda qeyd edilib.