![]()
Gəncə Cihazqayırma Zavodunda partlayış baş verib. Zavodun əməkdaşı Əli Xudiyev hamam otağında olarkən su qızdırıcısı partlayıb. Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Subyekt.az