![]()
Tədbirdə gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin sədr müavini Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev çıxış ediblər.
Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunub. Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayım saatlarının işə salınması olub. Bayram proqramı populyar ifaçılar Emiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri isə Gəncə şəhər stadionunda təşkil olunacaq.
Subyekt.az