![]()
Təhlükə ilə üzbəüz dayanmaq üçün gənclərin maarifləndirilməsi ən güclü müdafiə mexanizmidir.
Qazax Rayon Polis Şöbəsi tərəfindən 5 saylı tam orta məktəbdə “Narkotik Asılılığı – Fərdi və İctimai Təhlükə” adlı maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbirdə iştirak edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkotik maddələrin şəxsi həyata, ailə münasibətlərinə və ictimai təhlükəsizliyə ciddi təsirlərini vurğulayaraq gəncləri məsuliyyətli qərarlar qəbul etməyə səslədi.
Tədbir şagirdlərin narkomaniya ilə bağlı hərtərəfli suallarının cavablandırılması ilə yekunlaşmışdır.


#Narkotiköldürür #Narkotikəyoxde #DİN #Sağlamgələcək
Subyekt.az