![]()
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin ekoloji tarazlığının qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə yaşıllaşdırma aksiyası davam etdirilir. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən bu dəfə Şah İsmayıl Xətai prospektində yerləşən “Dəyirman” dairəsində 5000-ə yaxın mövsümü dekorativ kələm gülü əkilib, mövcud qazona və yaşıllıq massivinə aqrotexniki qulluq göstərilib. Əkilən güllərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər torpaq, torf və müxtəlif gübrələrlə zənginləşdirilib. Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində təşkil olunan bu kimi ekoloji aksiyaların məqsədi Gəncə şəhərində yaşıllıq zolaqlarını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.

.

.

.

.

Subyekt.az