
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Subyekt.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində olub. Belə ki, 1 saylı mikroavrobus minik maşını ilə toqquşub. Qəza nəticəsində 42 yaşlı Tamilə Orucova və Zahirə Bayramova müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onların müalicəsi davam edir.
Subyekt.az