![]()
Hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış massivində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən avtomobil təmir sexində 15 yaşlı Ümid adlı yeniyetmənin meyiti qardaşı tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Məlumata görə, yeniyetmə sözügedən avtomobil təmir sexində qardaşının yanında usta köməkçisi işləyirmiş.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Subyekt.az