![]()
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Dəkkəoba kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə çıxış edən şöbə əməkdaşları bildiriblər ki, narkotik vasitələr insan sağlamlığını sürətlə məhv edən və sosial problemlər yaradan təhlükəli maddələrdir. Bir dəfə sınaq kimi qəbul edilən narkotik zamanla güclü asılılığa çevrilir və insanın həyatını nəzarətdən çıxarır. Bu səbəbdən hər bir fərd “ağ ölümün” fəsadlarını yaxşı bilməli və ondan uzaq durmağın vacibliyini dərk etməlidir.
Daha sonra çıxış edən digər iştirakçılar keçirilən tədbirin mahiyyətini şagirdlərin diqqətinə çatdıraraq onlara dəyərli tövsiyələr veriblər.
Tədbirinin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Subyekt.az