![]()
Gədəbəydə 8 Noyabr – Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
Subyekt.az AZƏRTAC-a istinadən bölgə müxbirinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndindən Şəhidlər Xiyabanına qədər davam edən veloyürüşdə əksəriyyətini gənclərin təşkil etdiyi 50-yə yaxın şəxs iştirak edib.
Tədbir Zəfər Gününün mahiyyətini gənc nəslə aşılamağa, onlarda vətənpərvərlik ruhunu yüksəltməyə və velosiped idmanının təbliğinə xidmət edib.
Subyekt.az