
Füzuli rayonunda Vətən müharibəsi qazisi vəfat edib. Subyekt.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun İkinci Mahmudlu kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Ayxan Hümbət oğlu aprelin 6-da dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. Qazinin 2 azyaşlı övladı qalıb.
Subyekt.az