![]()
Hər il Bakıda keçirilən Türk Dünyası Kitab Festivalı insanları dostluğa, sevgiyə və mehribanlığa çağıran möhtəşəm bir tədbirdir. Artıq 3-cü ildir ki, bu festivala böyük həvəs və sevgi ilə qoşuluram. Hər il may ayında baş tutan festivalın ən gözəl tərəflərindən biri də 28 May Respublika Gününə təsadüf etməsidir.
Ötən illərdə olduğu kimi, bu il də mayın 24-ü saat 11:00-dan 13:00-dək sizi kitablarımla görüşə dəvət edirəm. “Yolların Qəlbimin İçindən Keçir”, “Sənsizliyin Çəkisi” və dünən çapdan çıxmış təptəzə ” Uşağ şeirləri “kitabımla yolunuzu gözləyəcəyəm.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca oxucular da ən gözəl uşaq şeirlərini mənim imzamla oxumaq imkanı qazanacaqlar.
Daha sonra saat 16:00-da “Gül Dəftəri” proqramında səhnədən canlı olaraq ən sevilən şeirlərimi dinləyə biləcəksiniz.
📍 Ünvan: Elmlər Parkı

.

.

.

Firəngiz Sabirqızı
Subyekt.az