![]()
Azərbaycan ədəbiyyatına dəyərli töhfələr bəxş edən şairə Firəngiz Əhmədova yeni uşaq şeirləri kitabını oxucuların ixtiyarına verib. Yeni nəşr müəllifin sayca 7-ci kitabıdır.
Firəngiz Sabir qızı Əhmədova 24 iyun 1982-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. Şairə zəngin yaradıcılığı, səmimi və könüloxşayan şeirləri ilə oxucuların rəğbətini qazanmağı bacarıb.
Yeni işıq üzü görən uşaq şeirləri kitabının da balaca oxucular tərəfindən maraq və sevgi ilə qarşılanacağına inanırıq. Firəngiz xanımın poetik dili, saf duyğuları və uşaqların dünyasına yaxın mövzuları əsərlərinə xüsusi rəng qatır.
Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayır, növbəti əsərlərinin də geniş oxucu auditoriyası tərəfindən seviləcəyinə ümid edirik.
Subyekt.az kollektivi adından Firəngiz xanımı yeni kitab münasibətilə səmimi qəlbdən təbrik edirik.


Subyekt.az